Şəhid qardaşlar Tacir və Nazir Allahverdiyevlər Vətən müharibəsi zamanı döyüş tapşırığını yerinə yetirən zaman - 24 oktyabr 2020-ci ildə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Onların hər ikisi "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları (ölümlərindən sonra) ilə təltif ediliblər.