Məktəbdə Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində avadanlıqlarla təchiz edilmiş laboratoriya və kompyuter sinfinin açılışı olub.
Daha sonra Leyla Əliyeva Nayrobi şəhərindəki Kangemi Tibb Mərkəzinə gəlib. Mərkəzin yeni doğulan uşaqlar üçün bölməsi ilə tanışlıq olub. Heydər Əliyev Fondu tərəfindən Tibb Mərkəzinə küveyzlər, eləcə də analara Yeni İl münasibətilə hədiyyələr təqdim edilib. (Trend)