26.10.2025, 04:53
AZ EN
01.01.1970, 04:00 3

Beynəlxalq səyyahlar Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər

XƏBƏRLƏR
  • Səkkiz ölkədən olan beynəlxalq səyyahlar Şuşadakı Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.

Qonaqlar şəhərin ən görkəmli tarixi məkanı ilə tanış olublar.

Onlara həmçinin işğal illərində ermənilərin törətdikləri vəhşiliklər və aparılan bərpa işləri haqqında məlumat verilib.

Xatırladaq ki, "Extreme Travelers International Congress" (ETIC) klubunun səkkiz ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyyahları avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə iki günlük səyahətə başlayıblar.(Report)

Oxşar xəbərlər