25.02.2026, 19:23
AZ EN
25.02.2026, 17:34 41

Şuşa rayon sakinləri ilə növbəti səyyar görüş keçirilib

XƏBƏRLƏR
  • Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun Ucar rayonu, məcburi köçkün şəhərciyində məskunlaşmış Şuşa rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Bu barədə Rayon İcra Hakimiyyətinin məlumatında bildirilib.  

Rayon sakinlərini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə keçirilən səyyar qəbulda sakinlərin sosial müdafiə, Şuşa şəhərinə qayıdış, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə əlaqədar problemləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığına görə məmnun qaldıqlarını bidirərək, onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Oxşar xəbərlər