Bu barədə universitetin məlumatında bildirilib.
Tədbiri giriş sözü ilə açan Qarabağ Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov narkomaniya ilə mübarizənin təkcə hüquqi deyil, həm də mənəvi məsuliyyət daşıdığını qeyd edib. O, gəncləri sağlam düşüncə və təmiz həyat prinsiplərinə sadiq qalmağa çağırıb.
Qarabağ Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Elnur Babayev çıxışında universitetdə tələbələrin sağlam həyat tərzinə təşviq edilməsi istiqamətində görülən tədbirlərdən danışıb. O, bu cür maarifləndirici görüşlərin gənclərdə məsuliyyət hissinin formalaşmasına mühüm töhfə verdiyini bildirib.
Xankəndi şəhər Polis şöbəsinin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Mirmehdi Seyidov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan əməliyyat tədbirləri barədə məlumat verib. O, hüquqi məsuliyyət və narkotiklərin insan həyatına vurduğu ağır fəsadlar barədə gənclərə ətraflı məlumat verib.
Sonra Qarabağ Universitetinin müəllimi Ramin Allahverdiyev çıxışında narkomaniyanın sosial, psixoloji və tibbi nəticələrini izah edib. O, tələbələri maariflənməyə, zərərli vərdişlərdən uzaq durmağa və ətraflarında pozitiv nümunə yaratmağa səsləyib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Tahirə AĞAMİRZƏ