Gürcüstan nümayəndə heyətilə Gəncədə səfərdə olan psixoloq Katerina Kipiani belə açıqlama verib.
O, Gəncənin erməni faşistləri tərəfindən terrora məruz qaldığı ərazilərdə gördüklərindən dəhşətə gəldiyini gizlətməyib. Onun sözlərinə görə, bütün hallarda dinc əhaliyə qarşı törədilən hər bir terror pislənməlidir və qəbuledilməzidir.
"Mən öz balalarıma və bütün dünyanın balalarına sülh və əmin-amanlıq arzu edirəm," - deyə Katerina Kipianı əlavə edib. (APA)