Bunu açıqlamasında rayonun Şuşakənd kəndinə qayıdan sakin Ərəstun Əzimov deyib.
Ə.Əzimov nəvə-nəticələrinin onların yaşadığı çətinlikləri görməyəcəklərinə inandığını bildirib:
"Kəndimiz işğal olunanda 24 yaşım vardı. İndi üç övladım, bir nəvəmlə doğma yurda geri qayıdıram. Uzun müddətdən sonra yenidən Şuşakəndə yaxınlaşdıqca qəribə hisslər keçirirəm. Amma ən çox ona sevinir və inanıram ki, nəvə-nəticələrimiz biz gördüyümüz çətinlikləri görməyəcəklər".(Report)