10.03.2026, 18:09
AZ EN
10.03.2026, 16:20 207

Ermənistan azərbaycanlılarla görüşün təşkilinə 14 milyon xərcləyib

XƏBƏRLƏR
  • Ermənistan hökuməti ötən ay “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan nümayəndələri ilə keçirilən görüşə təxminən 14,5 milyon dram xərcləyib.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasından yerli mətbuatın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, Azərbaycanla birlikdə həyata keçirilən “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində 13-14 fevral tarixlərində İrəvanda təşkil olunan tədbir Ermənistanın dövlət vəsaiti hesabına maliyyələşdirilib. Ümumi xərclər təxminən 14 milyon 469 milyon dram təşkil edib ki, bu da yuvarlaq götürsək, 38 min dollar deməkdir.

Xatırladaq ki, 13-14 fevral tarixlərində Ermənistanda iki ölkənin vətəndaş cəmiyyətinin nümayəndələrinin dəyirmi masası keçirilib. Görüş zamanı Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqust 2025-ci il tarixində Vaşinqton Sammitində təsdiq edilmiş sülh gündəliyindən irəli gələnprosesləri müzakirə edilib. Həmin görüşdə vətəndaş cəmiyyətlərinin Azərbaycan tərəfdən 19, Ermənistan tərəfdən 20 nümayəndəsu iştirak edib. Bakıdan İrəvana yollanan nümayəndələr müvafiq prosedurlardan keçdikdən sonra ilk dəfə olaraq delimitasiya və demarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistan ərazisinə daxil olublar. Bu, iki ölkə arasında etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktiki addım hesab edilir.

Elxan SALAHOV

Oxşar xəbərlər