Görüşdə enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulub, bu xüsusda TAP layihəsinin əhəmiyyəti vurğulanıb. Həmçinin Yunanıstan ilə Bolqarıstan arasında istifadəyə veriləcək təbii qaz interkonnektorunun əhəmiyyəti qeyd olunub.
Eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun vacibliyi bildirilib. ("Trend")