28.04.2025, 14:26
AZ EN
11.11.2023, 16:52 298

Füzuli rayonu 27 nömrəli tam orta məktəbdə üç sinfə şəhidlərin adları verilib

XƏBƏRLƏR
  • Füzuli rayonu İkinci Zobucuq qəsəbəsində yerləşən 27 nömrəli tam orta məktəbdə üç sinfə şəhid Cəfərov Elşad Malik oğlunun, Məmmədov Vüsal Qüdrət oğlunun və Cəfərli Əli İsa oğlunun adları verilib.

Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin, Füzuli Rayon Təhsil Sektorunun rəsmiləri, şəhid ailələri, qazilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra şagirdlərin böyük ruh yüksəkliyi ilə hazırladıqları rəngarəng çıxışlar izlənilib.

Sonra çıxış edən tədbir iştirakçıları və şəhid ailələrinin üzvləri İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizin memarı Ali Baş Komandan İlham Əliyevin, yenilməz Ordumuzun və “dəmir yumruq” kimi birləşən xalqımızın qəhrəmanlığından danışıblar.

Tədbir “Yaşasın azad Azərbaycan!” və “Qarabağ Azərbaycandır!” şüarları ilə başa çatıb. (AZƏRTAC)

Oxşar xəbərlər