Bu sözləri Ağdamda Xocalının Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Coşğun Əhmədov deyib.
“Atalarımız “Qürbət görməyən adam Vətən qədri bilməz” – demişlər. Biz qarabağlılar Vətənimizdən didərgin düşüb atalarımızın bu sözünü, yaşamış, anlamışıq. Allah bizi bir daha Vətənimizdən ayrı salmasın”, - deyə Xocalı sakini bildirib.
Qeyd edək ki, respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Böyük Qayıdış proqramı çərçivəsində martın 14-də Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb. Bu mərhələdə Ballıca kəndinə 24 ailə - 98 nəfər köçürülür. (AZƏRTAC)