10.03.2026, 16:11
AZ EN
10.03.2026, 14:49 97

Kəlbəcər sakinlərinin növbəti səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Qax rayonunun Almalı kəndində müvəqqəti məskunlaşmış rayon sakinləri üçün səyyar qəbul-görüş keçirib.

Vətəndaşların müraciətlərinin yerində dinlənilməsi və mövcud problemlərin operativ həlli məqsədilə təşkil olunan görüşdə Kəlbəcər RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak ediblər.

Səyyar görüşdə Azər Qocayev sakinlərə öncə Prezident cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, 44 günlük müharibədə qazandığımız qələbədən, ərazi bütövlüyümüzün tam bərpasından, “Böyük qayıdış” dövlət proqramından, eləcədə əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açıb.

Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırıblar.

Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilib.

Oxşar xəbərlər