Bu sözləri bu gün Laçın rayonunun Bəylik kəndinə köç edən Muradxan Həsənov deyib.
“Bəylik kəndində keçirdiyim illər gözümün önündən film kimi keçir. Dağlar, yaylaq yolu, kəndimizin hər bucağı – hamısı bu torpağın ruhudur. Uzun illər ayrı düşsək də, içimdə bir gün mütləq qayıdacağımıza dair ümid sönmədi. O gün bu gündür”, – deyə Muradxan Həsənov bildirib.
O vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqların azad olunması xalqımızın tarixinə qızıl hərflərlə yazıldı: “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mən bu yurdun dirçələcəyinə, yenidən canlanacağına bütün qəlbimlə inanıram”. (AZƏRTAC)