09.06.2025, 11:28
AZ EN
19.12.2022, 17:29 381

Azad olunmuş ərazilərdə hərəkət məhdudiyyətli şəxslərin sərbəst hərəkəti üçün layihə reallaşdırılıb

XƏBƏRLƏR
  • Əlil Təşkilatları İttifaqının “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qaliblərindən biri seçilib.

İttifaqın mətbuat xidmətindən verilən məlumata görə, layihənin əsas məqsədi Şuşada və işğaldan azad olunmuş digər ərazilərdə tikinti və bərpa işləri zamanı əlçatan, müyəssər ətraf mühitin yaradılmasına dəstək verməklə əlilliyi olan və hərəkət məhdudiyyətli şəxslərin sərbəst hərəkətinə yardım etməkdən ibarət olub.

Layihə müddətində Şuşada fəaliyyət göstərən tikinti, ictimai iaşə, xidmət qurumlarının siyahısı müəyyən olunub, “Xarıbülbül” otelində şəhərdə fəaliyyət göstərən qurumların nümayəndələri üçün “Əlilliyin dərki, universal dizayn və müyəssərlik” mövzusunda təlim-seminar keçirilib, 11 obyektin, o cümlədən Cıdır düzü, Şuşa qalası, Vaqifin məqbərəsi, Bülbülün ev muzeyi, “Güllələnmiş heykəllər” meydanı, İnzibati binanın qarşısı, “Qoçət” ictimai iaşə obyekti və ətraf ərazi, 2 market, mərkəzi küçələrin müyəssərliyi üzrə monitorinqlər aparılıb, şəhərdə 5 yerdə müyəssərlik işləri görülüb. Bundan başqa müyəssərlik qaydalarına cavab verən kombinə olunmuş modul tipli duş və sanitariya qovşağı Şuşaya aparılaraq quraşdırılıb, modulun qarşısında ramp quraşdırılıb, magistral yolun kənarında 2 yerdə modulun yeri barədə məlumatlandırıcı yol işarələri qoyulub, layihə barədə bütün məlumatları əks etdirən 500 tirajla broşura çap olunub və müxtəlif saytlarda yerləşdirilib. (AZƏRTAC)

Oxşar xəbərlər