Bu barədə ADPU-nun prorektoru professor Mahirə Hüseynova məlumat verib.
Professor M.Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun təşkilatçılığı ilə fəaliyyətə başlayan Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəzinin fəaliyyətindən, elmi araşdırmalardan bəhs edib.
M.Hüseynova Pedaqoji Universitetdə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəzin fəaliyyətə başlamasının həm universitet, həm də dövlətimiz üçün əhəmiyyətli hadisə olduğunu vurğulayıb.
Prorektor Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən olimpiadanı yüksək qiymətləndirib: “Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir. “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi Naxşıvanda təşkil olunub. IX və X sinif şagirdlərinin iştirak etdikləri olimpiadanın finalında 36 şagird bilik və bacarığını sınayıb. Olimpiadada 18 qalib seçilib. Gələcəkdə bu mövzuda Türkiyə ilə birgə tədbirlərin keçirilməsi planlaşdırılır. Bu məqsədlə bir qrup ziyalı Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir ilə görüşüb”.
Hazırladı: Tahirə AĞAMİRZƏ