Bu fikirləri Laçın rayonunun Bəylik kəndinə köçən keçmiş məcburi köçkün Qəndab Abışova söyləyib.
O bildirib ki, illərlə qəlbində daşıdığı torpaq həsrəti artıq bitib: “İndi məqsədimiz bu yurdu daha da gözəlləşdirməkdir. Gələcək nəsillər orada böyüyəcək, təhsil alacaqlar. Artıq o günləri görmək istəyirəm”. (AZƏRTAC)