Qarabağ Universitetində daimi əsaslarla işləyən müəllimlər, o cümlədən digər əməkdaşlar da tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzil tipli yataqxanalarla təmin olunacaqlar.
Elman Mustafayev qeyd edib ki, ımüəllimlər üçün də eyni qaydada Qarabağ Universitetinin nəzdində müəllimlər üçün olan yataqxana da var və bu yataqxanada müəllimlər öz ailələri ilə qala biləcəklər. Qarabağ Universitetinin dekanı daha sonra bildirib ki, universitetdə işləmək istəyən müəllimlərin sayı heç də az deyil. Artıq Azərbaycan dili, tarix, riyaziyyat, data analiktikası iqtisadiyyat, təhsil, fizika, hüquqşünaslıq, psixologiya və sosiologiya istiqamətləri üzrə müəllim vakansiyası elanı da verilib.
“25 iyuna kimi Qarabağ Univerisitetində tədrisə cəlb olunmaq istəyən şəxslər müraciət edə bilərlər və bundan sonra onların seçim prosesi də həyata keçiriləcək. Kifayət qədər böyük maraq var. Qarabağ Universitetinin rəsmi e-mail hesabına bununla bağlı müraciətlər var”,- deyə universitetin dekanı bildirib.
Qeyd edək ki, Qarabağ Universitetində 6 fakültə, 25 ixtisas üzrə tədris aparılacaq. İlkin mərhələdə 1500 tələbənin qəbulu nəzərdə tutulur.
Hazırladı: Tahirə AĞAMİRZƏ