İrəvan xanının davamçılarını İcmada görməkdən məmnun olduğunu bildirən Misir Mərdanov qeyd edib ki, İrəvan da daxil olmaqla son 200 ildə soydaşlarımız bütün Qərbi Azərbaycan ərazisindən mərhələlərlə çıxarılıblar. Bu gün qonaqların varisi olduqları Xan nəslinin mirası da təəsüf ki, Qərbi Azərbaycanda dağıdılan abidələrimiz sırasındadır. Misir Mərdanov qeyd edib ki, öz ata-baba yurdlarını görmək, orda yaşamaq Qərbi Azərbaycanlılar və onların varislərinin haqqıdır. Turhan Turqut özünün əfsanəvi İrəvan xanlarına dayanan köklərindən bəhs edərək ötən əsrin əvvəllərində məruz qaldıqları soyqırımı və sürgünlərdən danışıb.
Öz növbəsində Əmir Əli Sərdari İrəvani bildirib ki, o əsrarəngiz Göy Məscidi inşa etdirən Hüseynəli Xan Qacarın nəslindəndir. Qohumları Türkmənçay müqaviləsindən dərhal sonra ilk sürgünə məruz qalanlar arasındadır. Hər iki mötəbər qonaq Qərbi Azərbaycandakı yurd yerlərini görmək həsrətində olduqlarını bildiriblər.
Günel QULİYEVA