Bu sözləri dekabrın 15-də doğma yurduna qayıdan Zabux kəndi sakini Gilə Vəliyeva söyləyib.
O, Laçının mənzərəli yerləri, bulaqları üçün darıxdığını vurğulayaraq deyib: "Biz doğulub boya-başa çatdığımız yerlərdə həyatımızı yenidən quracağıq".
Gilə Vəliyeva məcbur köçkün kimi Abşeron rayonunda məskunlaşdıqlarını qeyd edib. (AZƏRTAC)