Qarabağ Regional Təhsil İdarəsindən bildirilib ki, bilik yarışında regionda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdlərindən ibarət 7 komanda iştirak edib. Komandalar riyaziyyat-məntiq, rəqəmsal texnologiyalar, təbiət elmləri, humanitar elmlər, mədəniyyət və incəsənət olmaqla, beş müxtəlif istiqamət üzrə sualları cavablandırıblar. Yarışda Bərdə şəhərini təmsil edən “Hərum” komandası birinci yerə layiq görülərək, respublika mərhələsində iştirak hüququ qazanıb.
Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadasının keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.
Olimpiadada IX-XI sinif şagirdləri riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, intellektual oyunlar, mədəniyyət və incəsənət istiqamətləri üzrə bilik və bacarıqlarını nümayiş etdirirlər.
Günel QULİYEVA