19.10.2024, 14:15
AZ EN
12.06.2024, 16:02 256

Sərsəng döyüşçüsü 23 ildən sonra yenidən Sərsəngdə

XƏBƏRLƏR
  • Ağdərə rayonunun ərazisindəki Sərsəng  su anbarının ətrafında istər Birinci Qarabağ müharibəsi dövründə, istərsə də  Azərbaycan ordusunun həyata keçirdiyi 2020-ci il Vətən müharibəsi zamanı bu istiqamətdə ən ağır döyüşlər gedib. Birinci Qarabağ müharibəsi dövründə bu istiqamətdə  savaşlarda xüsusi şücaət göstərmiş “Azərbaycan Bayrağı” ordenli, I qrub əlil İlham Mustafaqev İTV-nin Şanlı əsgər” bölümündə döyüş yollarından bəhs edilib.

O, qeyd edib ki, Sərsəng su anbarına çatana kimi Tərtər ərazisi daim bombalanırdı: “Biz əməliyyatları öz kəndimiz, məsələn, Torpaq Təpə, Çaylı, ərazilərindən başlayaraq əməliyyatlar aparmışıq. Milli Qəhrəman Şikar Şikarovun çıxarılmasında iştirak etmişik. Orda ermənilərin canlı qüvvəsini məhv edib həmin ərazidən çıxarmışıq. Sonra bizi Elman Hüseynov aparıb Qurtuluş batalyonunun könüllü tibb bacısı, sıravi əsgər kimi vuruşan Rahiyə Orucova Ağdərə rayonunun Leninavan kəndi uğrunda döyüşdə şəhid olmuşdu. Nəşi qalmışdı, onun çıxarılması əməliyyatında iştirak etmişik. Sonradan ona Milli Qəhrəman adı verildi. Həsən Qaya, Revanaxd, əsas bunların canlı qüvvəsini, silahlı quldur dəstəsini, Suriya, Liviya ermənilərinin silahlı qüvvəsini Revanax arxında qırmışıq. Vaqauz deyilən yer, Qızıl qaya, həmən  istiqamətlərində əməliyyatlar etmişik. Qızıl qayadan bizi aparırdılar köməyə, Kəlbəcər istiqamətinə, Laçın istiqamətinə. Yəni bizi hər tərəfə aparırdılar. Bizi bələdçi kimi bütün istiqamətlərə, istər Daxili qoşuna, istərsə  Polis batalyonuna, yaxşı kəşfiyyatçı kimi onlarla bərbər iştirak etmişik əməliyatlarda. Müharibəyə gedəndə deyirdik, ya şəhid olarıq, ya qazi, torpağımızı azad edərik. Biz iştirak etdiyimiz müharibə dövründə də qazi, şəhid olanlar oldu. İndi şükürlər olsun, düşmən üzərinə qələbə çaldıq. Bu torpaqların hamısı işğaldan azad olundu. Bu torpaqların azad olunması ürəkaçandır, biz bunun hamısını gördük. Çox sevinirik.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər