20.09.2024, 01:26
AZ EN
15.01.2024, 11:51 301

BBC Vardanyanla bağlı topladığı ifşaedici faktları açıqladı

XƏBƏRLƏR
Dünyaca məşhur BBC media qurumu hazırda Azərbaycanda həbsdə olan separatçı milyarder Ruben Vardanyanı ifşa edən araşdırmaların nəticələrinə dair məqalə yayımlayıb. Yazıda Vardanyan xeyriyyəçi obrazı arxasında gizlənərək 90-cı illərdən qara pullarla varlanan, özü üçün nəcib imici yaratmağa cəhd edən, əslində isə çirkli fəaliyyətlə məşğul olan hiyləgər adam kimi xarakterizə olunur.
 
"Vətən səsi" xəbər verir ki, məqalədə onun yaratdığı “Troyka Dialoq” və bütöv ofşor şirkətlər sisteminin çirkli maxinasiyaları təqdim edilir, onların vasitəsilə nüfuzlu adların pullarının gizli şəkildə xaricə ötürüldüyünə ehyam vurulur. BBC əməkdaşları Ruben Vardanyanın Rusiya vətəndaşlığından rahatlıqla çıxıb Qarabağda fəaliyyət göstərən separatçı rejimdə “vəzifə”yə yiyələnməsində Moskvanın əlinin olmasından, özünün və başqalarının çirkli kapitalı ilə Qərb sanksiyalarından yayınmaq cəhdindən, hətta Ermənistanda hakimiyyətə gəlmək ambisiyalarından və Azərbaycanın bu oyunu necə pozmasından danışılır. Bildirilir ki, Ruben Vardanyanın Azərbaycanın təzyiqi ilə separatçı rejimdə vəzifəsini itirməsi, ötən ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri zamanı aonun qaçıb aradan çıxmasına imkan verilməməsi rəsmi Bakının Qarabağın separatçılardan təmizlənməsi istiqamətində ən böyük uğurlarından biri olub.
 
Xatırladaq ki, hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsində Ruben Vardanyan barədə Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə) və digər maddələri ilə istintaq aparılır.
 
Elxan SALAHOV
Oxşar xəbərlər

SON XƏBƏRLƏR