Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nının icrası ilə bağlı maarifləndirici tədbirlər keçirilməkdə davam edir. Belə tədbirlərdən biri də, Zəngilan Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Tədbirdə Zəngilan RİH-nin əməkdaşı Şənlik Əliyev və xəstəxananın əməkdaşları iştirak ediblər. Ş.Əliyev çıxış edərək bildirib ki, korrupsiya ilə mübarizə təkcə səlahiyyətli dövlət orqanlarının deyil hər bir vətəndaşın, vicdanlı şəxsin işi olmalıdır. Daha sonra o, korrupsiya nədir, necə işləyir, növləri nələrdir, korrpupsiya bizə necə təsir edir kimi başlıqara aydınlıq gətirərək, mövzunun aktuallığından danışıb. Korrupsiyaya şərait yaradan hallar, həmin halların qarşısının alınmasının vacibliyini diqqətə çatdıran icra əməkdaşı korrupsiyanın dövlətin inkişafına mənfi təsir göstərdiyini və dövlət qurumlarının bununla bağlı mübarizə tədbirlərinin olduğunu qeyd edbi. O, belə maarifləndirici tədbirlərin səmərəliliyini vurğulayaraq hər bir kəsi bu yolda daha da fəal olmağa çağırıb.
Tədbir iştirakçıları korrupsiya hüquqpozmaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata neqativ təsirləri, korrupsiyaya şərait yaradan amillər, maraqların toqquşması, məlumat təhlükəsizliyi, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyalarının əsas istiqamətləri və s. məsələlər barədə məlumatlandırılıblar.
Mina RƏŞİD