Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiya yerində gecə boyu tonqallar qalanıb, şüarlar səslənib.
Etirazçılar şüarlarında ekoloji terrora, faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qeyri-qanuni istismarına son qoyulmasını, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yataqlarda monitorinq aparılmasına şərait yaradılmasını, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər. (APA)