Nüşabə xanım bildirib ki, nəhayət "Zəngulə" romanımdan sonra, 21 ildən çox yazmağı arzuladığım romanımı bitirib ANIM GÜNÜNƏ çatdırdım.
“Real həyatdan götürülmüş bu əsərdə çalışmışam ki, Qarabağda olan hadisələri, o üzlü-bu üzlü əks etdirəm. Əsəri yazdığım müddətdə qazilərlə, şəhidlərimizin döyüş yoldaşları, ailələri və veteranlarla görüşmüşəm. Yazdığım döyüş səhnələrinin baş verdiyi yerlərə, meşələrə, keçdikləri çaylara, dırmaşdıqları dağlara, üçrəngli bayrağımızı sancdıqları yüksəkliklərə gedib öz gözlərimlə baxıb reallığı əks etdirmək üçün əlimdən gələni əsirgəməmişəm. "Zəfər zənguləsi"ndəki qəhrəmanların əksəriyyəti - adları çəkilənlərin hamısı gerçəkdir.
“Zəngulə”ni yazanda mən əsərimin qəhrəmanına söz vermişdim, söz verib demişdim ki, Qarabağ işğaldan azad olunacaq, biz ora qayıdacağıq, mən onda “Zəfər zənguləsi” yazacam. Sözümün üstündə durdum! Buyurun oxuyun, əziz oxucularım, dəyəri özünüz verin”.
Qeyd edək ki, kitabın təqdimatı oktyabrın 5-də saat 13-00-da Bakı Ekspo Mərkəzində keçiriləcək.
Mina RƏŞİD