13.09.2025, 05:32
AZ EN
21.08.2025, 11:15 129

AMEA-nın 80 illik yubileyi münasibətilə döş nişanları təsis ediləcək

XƏBƏRLƏR
  • Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə döş nişanı hazırlanıb.

Bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Akademiyanın 80 illiyinə hazırlıq məsələlərinə həsr olunmuş müşavirədə məlumat verilib.

Bundan başqa, yubiley münasibətilə ilk dəfə olaraq Əziz Səncər, Yusif Məmmədəliyev, Üzeyir Hacıbəyli, Lev Landau döş nişanları da təsis ediləcək.

Akademiyanın 80 illik yubileyi çərçivəsində türk dünyası akademiyaları ilə əməkdaşlığın inkişaf etdirilməsinə dair ayrıca bir iclasın keçirilməsi də nəzərdə tutulub.

İsa Həbibbəyli yubileyi ilə əlaqəli ilk dəfə olaraq beynəlxalq elmi təşkilatların rəhbərlərinə, dünyanın müxtəlif qitələrindən olan tərəfdaş Akademiyalarının, o cümlədən türk dünyası akademiyalarının prezidentlərinə dəvət məktublarının göndərildiyini bildirib, artıq onların əksəriyyətinin dəvəti qəbul etdiklərini nəzərə çatdırıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər