O, açıqlamasında 1965-ci ildə Ağdamda doğulduğunu deyib:
"Doğma yurda qayıtmaq çox gözəl hissdir. Gözlədiyimiz an gəlib çatdı. Allaha çox şükür ki, sağ-salamat doğma yurda qayıdırıq. Sevincimizin həddi-hüdudu yoxdur. Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə və qazilərimizə təşəkkürümü bildirirəm. Məcburi köçkün düşəndən sonra yataqxanada məskunlaşmışdım. 32 ildir yataqxanada yaşayıram, çox şükür öz evimə qayıdıram". (Report)