Vətən müharibəsində əsl igidlik göstərən oğullarımızdan biri də Vasif Cahangir oğlu Məmmədovdur. O, 28 iyun 1992-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur. Rayonun işğalı ilə əlaqədar olaraq ailəsi Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində məskunlaşmışdır. O, 1998-ci ildə Qəhrəmanlı qəsəbəsi Tağı Məmmədov adına tam orta məktəbin birinci sinfinə qəbul olunmuşdur. Həmin orta məktəbi başa vuran Vasif 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdən sonra həmişəlik həyatını vətənin müdafiəsi işinə bağlayıb. Xüsusi kurslar keçərək gizir kimi Xüsusi Təyinatlı Qüvvələrdə şərəfli bir yol keçən V. Məmmədov 44 günlük Vətən müharibəsində Kəlbəcər, Füzuli, Xocavənd istiqamətində döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Vasif Məmmədov "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda", "Şücaətə görə", "Silahlı Qüvvələrin 100 illiyi", "Vətən müharibəsi iştirakçısı", III dərəcəli "Qüsursuz xidmətlərə görə" medalları ilə təltif olunmuşdur. Ailəlidir.
İsa MUSAYEV