Tinglərin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əkilməsi planlaşdırılır.
Yük maşınlarının yola salınması mərasimində Ordu vilayətinin valisi Muammer Erol da iştirak edib.
Ağac tinglərinin göndərilməsi bu il fevralın 20-23-də Ankarada Türkiyə-Azərbaycan danışıqları zamanı əldə olunmuş razılaşmaya uyğun olaraq təşkil edilib.
Bundan əvvəl Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında yaşıllıqların bərpasına töhfə vermək məqsədilə 2025-ci ildə ölkəmizə 100 min ağac tingi və 100 kiloqram toxum təhvil verməyi planlaşdırdığını açıqlamışdı. (AZƏRTAC)