Universitetdən bildirilib ki, fəaliyyət planı çərçivəsində BDU-nun bütün fakültələri Qərbi Azərbaycanla bağlı araşdırma və tədqiqatlara cəlb olunacaq, birgə beynəlxalq konfrans, elmi seminar və konfranslar keçiriləcək.
Həmçinin BDU-nun Tarix fakültəsinin nəzdində Qərbi Azərbaycan tarixinə dair Elmi-Tədqiqat Mərkəzinin yaradılması, bu istiqamətdə sistemli elmi işlərin və tədqiqatların aparılması nəzərdə tutulur.
BDU-nun bakalavriat, magistratura səviyyələri üzrə təhsil proqramlarına da Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, dialekt və şivələri, toponimləri, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərslərin, seçmə fənlərin daxil edilməsi planlaşdırılır. (APA)