Təlimlər Azərbaycan və ingilis dillərində aparılıb. Tələbələrimizdən ikisi Azərbaycan dili, biri isə ingilis dili qrupunda təhsil alaraq proqramı müvəffəqiyyətlə başa vurublar.
“Kiber Yay Məktəbi” çərçivəsində intensiv təlimlər, praktiki məşğələlər, “Capture The Flag” adlı kiber-yarış, ekspertlərlə görüşlər və master-klaslar təşkil olunub. Layihənin məqsədi kibertəhlükəsizlik sahəsində ixtisaslı kadrların hazırlanması, gənclərin bu istiqamətdə bilik və bacarıqlarının artırılmasıdır.
Qarabağ Universiteti adından tələbələrimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Tahirə AĞAMİRZƏ