25.06.2025, 21:14
AZ EN
28.02.2025, 17:49 159

Təmraz Tağıyev İcmanın Fəxri Fərmanı ilə təltif edilib

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan İcmasının Bakı şəhərinin Nərimanov rayonu üzrə nümayəndəsi, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Bakı şəhər Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağı oğlu Tağıyev Qərbi Azərbaycan İcması İdar Heyətinin qərarı ilə Qərbi Azərbaycan İcmasının strateji məqsədlərinin həyata keçirilməsi, Qərbi azərbaycanlıların təşkilatlanması, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətindəki xidmətlərinə görə İcmanın Fəxri Fərmanı ilə təltif edilib.

Millət vəkili, Qərbi Azərbaycan İdarə Heyətinin sədri Əziz Ələkbərli Təmraz müəllimi Qərbi Azərbaycan İcması adından təbrik edib və Nərimanov Rayon Bələdiyyəsinin sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə ona fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər