16.06.2025, 12:21
AZ EN
17.01.2025, 10:00 267

“20 Yanvar, qəhrəmanlıq səlnaməsi” adlı ekskursiya təşkil edilib

XƏBƏRLƏR
  • Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə  tabeli Qubadlı rayon Tarix Diyarşünaslıq Muzeyində, 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Qubadlı rayonu İşıqlı kənd tam orta məktəbinin şagird və müəllimlərinin iştirakı ilə ekskursiya təşkil edilib.

Tədbir iştirakçıları Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətin əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş terror aktı olduğunu ifadə ediblər.

Vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə həsr olunan stend-sərgi ilə tanış olan məktəblilərin ifasında vətənə aid şeirlər səsləndirilib, Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixi olduğunu vurğulayıblar.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR