Bunu bu gün Xocalı rayonunun Ballıca kəndinə köçən Vidadi Əliyev açıqlamasında deyib.
24 yaşında Xocalıdan köçkün düşmüş V. Əliyev bu gün ailəsi ilə birgə yurdlarına qayıtdıqlarını bildirib: "Ailə üzvlərimizdən itirdiklərimiz də var. Köçkünlük illərini Gəncədə yaşadıq. Bu günə şükür edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah dövlətimizin başçısını qorusun".
Qeyd edək ki, bu gün növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə yola düşüb. (APA)