İlk mərhələdə 88 nəfərdən ibarət 20 ailənin Zabuxa köçü nəzərdə tutulub.
Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də məktəbin qarşısında olacaq.
Qeyd edək ki, Zabuxda yenidənqurma işlərinə təxminən 5 ay öncə start verilib. Kənddə 223 fərdi yaşayış evi nəzərdə tutulmuşdur. Hansı ki, onlardan 53-ü 2 otaqlı, 116-sı 3 otaqlı, 28-i 4 otaqlı, 26-sı 5 otaqlı fərdi həyət evlərindən ibarətdir.