20.09.2024, 04:44
AZ EN
15.11.2022, 10:50 585

Dünya Təkrar Emal Günüdür

XƏBƏRLƏR
  • Bu gün dünyada Təkrar Emal Günü kimi qeyd edilir. Bu günün başlıca məqsədi hakimiyyət orqanlarının, ictimai və sənaye strukturlarının diqqətini resursların məhdud olması probleminin həllinə, hazır məhsulun dəyərini daha ucuz xammaldan istifadə hesabına ucuzlaşdırmaq və ətraf mühitin çirklənməsinə qarşı mübarizə məsələlərinə cəlb etməkdir. 1997-ci ildə qurulan “America Recycles Day” ABŞ-da təkrar emalı təşviq edən və qeyd edən milli səviyyədə tanınan bir gündür.

Təkrar emal ətraf mühitə qənaət etməyin ən asan yollarından biridir. Bir məmulatın təkrar emal oluna biləcəyini bilmək üçün ən asan yol elementin yan və ya altındakı düzbucaqlı təqib edən ox simvolunu axtarmaqdır.  

Məlum olduğu kimi, Abşeron regionunda ekoloji problemlərin planlı surətdə həll edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2006-cı il 28 sentyabr tarixində “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilib. Bakı və Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılmasında bu tədbirlər planının böyük əhəmiyyəti var. Sənəddə ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapıb.

Bakının Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən “Təmiz Qala” pilot layihəsi icra edilir. Layihənin məqsədi Qala qəsəbəsi ərazisində əmələ gələn tullantıların çeşidlənməsi və daşınmasını müasir standartlara uyğun təşkil etməkdir.

Sənaye Parkının fəaliyyəti dövründə rezidentlər tərəfindən 44 milyon manat investisiya qoyulub və 800-dən çox insan işlə təmin edilib. Rezidentlər tərəfindən ötən müddət ərzində 67 milyon manatlıq məhsul istehsal olunub. Məhsulun bir hissəsi Niderland, İsveçrə, ABŞ, Qazaxıstan, Gürcüstan, Rusiya və Belarusa ixrac edilib.

“Təmiz Şəhər” ASC tullantıların idarə olunması və əhali arasında maarifləndirmə işlərinin aparılması istiqamətində nəinki yerli, eləcə də beynəlxalq əhəmiyyətli layihələrin icraçısı kimi tanınır. Bakının Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyində hər il “Tullantıdan sənətə” adlı beynəlxalq sərgi keçirilir. Burada yerli rəssamlarla yanaşı, dünyanın 40-dan çox ölkəsindən gələn rəssamların tullantılardan yaratdıqları ecazkar əsərləri izləyicilərə təqdim olunur.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində ətraf mühitə mənfi təsirlərin azaldılması, bərk məişət tullantılarının müasir ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində işlər uğurla həyata keçirilir.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR