Bu sözləri jurnalistlərə açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən keçmiş məcburi köçkün Əkbər Hüseynov söyləyib.
Ə. Hüseynov bildirib ki, doğma yurdundan məcburi köçkün düşəndə 36 yaşı var idi: "Bu gün 69 yaşımda geri dönürəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların fədakarlığı sayəsində bu gün vətən torpağında addımlayırıq".
O əlavə edib ki, uzun illərdən sonra doğma yurda qayıtmaq insanı fərəhləndirir, həm də kövrəldir. Elə anlar var ki, sözlə ifadə etmək olmur. (AZƏRTAC)