25.04.2025, 13:43
AZ EN
26.10.2023, 08:42 386

Ağalıya köçən sakin: Zəngilandan zorla ayrıldığım günləri indi də xatırlayıram

XƏBƏRLƏR
  • Ermənilərin təcavüzü nəticəsində Zəngilandan zorla ayrıldığım 1993-cü ili indiki kimi xatırlayıram, çox çətin günlər idi. Bu gün isə yurdumuza qayıdırıq. Allah şəhidlərimizə rəhmət etsin, onların sayəsində torpaqlarımız işğaldan azad olundu.

Bu sözləri doğma yurduna qayıdan Zəngilan rayonunun Ağalı kənd sakini Zeynəb Alıyeva söyləyib.

Zəngilandan oktyabr ayında ayrıldığını bildirən Z. Alıyeva deyib: "Təxminən otuz ildən sonra eyni ayda- oktyabrda məcburi köçkün düşdüyümüz doğma yerlərə gedirik”. (AZƏRTAC)

Oxşar xəbərlər