09.06.2025, 22:23
AZ EN
09.01.2025, 17:27 168

"Vətən birdi, iki olmaz..." adlı şeirlər kitabı çap edilib

XƏBƏRLƏR
  • Yazıçılar Birliyinin üzvü, şair, tədqiqatçı Yusif Rzayevin "Vətən birdi, iki olmaz..." adlı kitabı işıq üzü görüb. 

Qeyd edək ki, Yusif Rza ixtisasca filoloqdur, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Müxtəlif illərdə müəllim, jurnalist, dövlət qulluqçusu, elmi işçi kimi çalışıb. Qafqaz-Media" İctimai Birliyinin "Cəsarətli qələm" medalına və "Xarı bülbül" diplomuna layiq görülmüş şairin şeirləri, elmi-publisistik məqalələri çoxsaylı qəzet və jurnallarda, almanaxlarda, Azərbaycanda və Türkiyədə dərc olunub. "Apar ürəyimi dağlara" (şeirlər), "Bura Oğuzdur" (məlumat-informasiya toplusu), "Hardan başlanır Vətən?" (şeirlər), “Oğuz Avestanın izləri" (elmi-etimoloji məqalələr toplusu), "Oğuz abidələri" (elmimonoqralya), "Dərə bilmədiyim gül" (şeirlər), "Oğuz və Qəbələ folkloru" (folklor antologiyası) və s. kitabların müəllifidir.

Şairin yeni kitabında həm şifahi xalq ədəbiyyatı, həm də klassik şeir formalarında yazdığı lirik, didaktik, fəlsəfi məzmunlu poetik nümunələri toplanıb. Bu şeirlərin çoxu müqəddəs Vətənə, qəhrəman şəhidlərimizə, Vətənin şanlı tarixinin və təbiət gözəlliklərinin təsvirinə, sülhə, dostluğa, haqqa-ədalətə həsr olunub.

Yaxın günlərdə kitabın təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər