Bu sözləri Şuşaya köç edən keçmiş məcburi köçkün Cəmilə Məmmədova deyib.
C.Məmmədova qeyd edib ki, illər sonra həmin yerlərə qayıtmaq çox sevincli, qürurlu prosesdir.
“Şükür ki, qayıdırıq. Özü də qürurla, alnıaçıq qayıdırıq. Əməyi olan hər kəsə minnətdaram, ona görə ki, onlar bu millətin namusunu qorudular. Xocalıda olan qızlarımızın, gəlinlərimizin qisasını aldılar”, - deyə o əlavə edib. (AZƏRTAC)