Bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilin yekunlarına həsr olunan kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, sözügedən dövrdə 5 199 odlu silahın 1 079-u işğaldan azad edilmiş ərazilərdə aşkarlanıb.
Həmin ərazilərdən odlu silahlarla yanaşı, 2 183 mərmi və 220 mindən çox patron da tapılıb.
2025-ci ildə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib, həmin cinayətlərə görə 153 nəfər tutulub. (Report)