22.11.2024, 08:27
AZ EN
03.04.2024, 12:46 294

Zəngilanlı sakinlərin növbəti səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu Suraxanı rayonu, Hövsan qəsəbəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi.

Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, təşkilat rəhbərləri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak etdi.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tərəfindən vətəndaşların müraciətləri dinlənildi, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verilərək, icrası nəzarətə götürüldü.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR