17.08.2025, 21:53
AZ EN
17.08.2025, 14:00 113

Xədicə Dünyamalıyeva Qarabağ Universitetində “Tarix” ixtisası üzrə təhsil almaq istəyir

XƏBƏRLƏR
  • Xədicə Dünyamalıyeva mövcud qaydalara əsasən müsabiqədənkənar qaydada Qarabağ Universitetinə qəbul olunmaq üçün Dövlət İmtahan Mərkəzinə müraciət edib.

Bu barədə Qarabağ Universitetinin rektoru Şahin Bayramov məlumat verib.

Məlumatda bildirilib ki, Xədicə Qarabağ Universitetində “Tarix” ixtisası üzrə təhsil almaq istəyir.

O, Neftçala rayonu Aşağı Surra kənd tam orta məktəbinin məzunudur.

Xədicə Respublika Fənn Olimpiadalarında (RFO) “Tarix” fənni üzrə qızıl (2023/2024), gümüş (2024/2025) və bürünc (2022/2023) medal qazanıb.

"RFO-nun üçqat medalçısı olan Xədicə Dünyamalıyevanı, onun müəllimlərini və valideynlərini təbrik edir, Qarabağ Universitetini seçdiyinə görə yüksək intellektli gəncimizə təşəkkürümüzü bildirir, ona tələbəlik illərində daha böyük uğurlar arzulayırıq.

RFO-da 3 dəfə medal qazanan gəncin Qarabağ Universitetini seçməsi bizi qürurlandırır!"

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər