23.01.2026, 15:56
AZ EN
23.01.2026, 14:03 79

Qarabağda yaşayan 10 erməni və 1 rus Ermənistana təhvil verilib

XƏBƏRLƏR
  • Azərbaycan Qarabağda yaşayan 10 ermənini və 1 etnik rusu Ermənistana təhvil verib.

Bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan bildirib.

Arsen Torosyanın sözlərinə görə, həmin şəxslər Azərbaycanın və Ermənistanın aidiyyəti strukturlarına müraciət edərək, köçürülmələrini xahiş ediblər. Onlar bu müraciətlər əsasında Ermənistana gətiriliblər.

Qarabağda yaşayan ermənilərin özlərinin yazılı müraciətləri və istəklərinə uyğun olaraq Ermənistan tərəfə keçməsinə şərait yaradılıb. (APA)

Oxşar xəbərlər