16.04.2024, 10:48
AZ EN
05.09.2022, 12:00 289

BMT nümayəndəsi: "Azərbaycan mina təhlükəsi ilə üzləşən əsas ölkələrdən biridir"

XƏBƏRLƏR
  • BMT ANAMA-ya 11 milyon avrodan çox dəstək göstərib. Müxtəlif ekspertlər cəlb olunub, texnikalarla bağlı köməklik olunub.

Bunu ANAMA-nın yeni loqosunun təqdimat mərasimində BMT-in Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva deyib.

O bildirib ki, 1991-ci ildən etibarən 3580 nəfər azərbaycanlı minalardan həlak olub və ya yaralanıb: "2000-ci ildən etibarən 200-dən çox şəxs ölüb, 40 nəfər yaralanıb. Azərbaycan mina təhlükəsinə məruz qalmış ən birinci ölkələrdən biridir. Ona görə də Azərbaycanın dəstəyə böyük ehtiyacı var".

Vlandanka Andreyeva vurğulayıb ki, minaların davamlı qalması daimi təhlükədir: "Minaların olması insanların öz evinə qayıtmasına imkan vermir". (APA)

Oxşar xəbərlər