18.10.2024, 10:06
AZ EN
13.09.2023, 11:58 301

Şuşada şəhadətə ucalan qəhrəman

XƏBƏRLƏR
  • Bu gün qəhrəman şəhidlərimizdən biri - Orxan Sərvər oğlu Bəxtiyarovun doğum günüdür. O, 1991-ci il sentyabrın 13-də Daşkəsən şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Bəxtiyarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Bəxtiyarov noyabrın 7-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla Daşkəsən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Orxan Bəxtiyarov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

İki övladı olan Orxanın qızı onun şəhadətindən sonra dünyaya gəlib. Şəhidimizin oğlu və qızı Vətənə əmanətdir.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD 

Oxşar xəbərlər