Xankəndi sakini, Flora Qafarova:
-Bizə dedilər ki, Xankəndidə bayrağımız ucaldılıb, azad olunub Xankəndi. O hissləri sözlə ifadə etmək çətindir. Təsəvvür edirsiniz, illərlə gözlədiyin bir şeyi əldə eləmisən. O sevnci necə təsvir etmək olar sözlə...
1988-ci ilin yayında hələ Xankəndi sakinləri orda yaşayırdılar, amma uşaqlar məktəbə getmirdilər, azərbaycanlıları işə buraxmırdılar. Qardaşım bir kollektivdə işləyirdi, axırıncı günlər ona demişdilər ki, Vidadi, sən sabahdan işə gəlmə, sən azərbaycanlısan, mən erməni, beləcə də demişdilər.Yadımdadır, Xankəndi Şəhər Təhsil Şöbəsinin müdiri erməni idi, soyadı Qiriqoryan idi. O vaxtı anamla bir yerdə məktəbdə işləmişdi. O erməni qadın gedib baxmışdı ki, məktəbə yeni gələn erməni uşaqları, o gün köçən uşaqlar bütün kabinetlərdəki cihazların hamısını sındırmışdılar, dağıtmışdılar. O, gəlib anama demişdi ki, bunlar faşist kimi hərəkət edir. O erməni öz ermənilərinə faşist deyirdi. Çünki niyə?
Azərbaycanlılara qalmasın deyə hər şeri dağıtmışdılar.
Çox sevincliyəm, həm də xalqımıza görə. Cənab Prezidentimiz demiş, artıq Qarabağ məsələsi bitdi. İndi bütün torpaqlarımız tamamilə azad olundu.
Xankəndi sakini, Xatirə Vəliyeva:
Bir anda elə bil mən uşaqlığıma döndüm, məktəb illərimə döndüm, yeniyetmə illərimə döndüm və hardasa elə bil uşaqlaşdım. Çünki biz ordan çıxanda artıq mən tələbə idim. Amma hər tətilə gedəndə məktəbimizə baş çəkirdik mütələq, müəllimlərlə görüşürdük. Mən elə bildim ki, yenə ora qayıdıram, məktəbimizə gedib həmin müəllimlərimlə görüşəcəm. Tələbə vaxtı tətilə Xankədiyə gedəndə sinif yoldaşlarımzla hardasa zənglərşirdik, kollektiv şəkildə məktəbimizə gedirdik. O gün bu hissi yaşadım, onu vurğulamaq istəyirəm ki, bir çəkisizlik yaranır insanda. Elə bilirsən bir an heç bir hissiyat yoxdur, xəyallardasan, yuxu kimi gəlir sənə...
Bu gedişatı, qüurur, fəxarət hissini bizə yaşadan Müzəffər Ali Baş Komandanımız, Şanlı Ordumuzdur. Çoz şükür, çox şükür ki, bu günü gördük. Allah Prezidentimizin canını sağ eləsin. Şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı versin. Hamımızın, bütün Xankəndi sakinlərinin bir arzumuz var ki, yenidən doğma ocağımıza qayıdaq və qayıdacağıq.
Hazırladı: Tahirə AĞAMİRZƏ