09.06.2025, 15:25
AZ EN
15.10.2024, 17:29 271

Bu gün “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin AYB-də tədbiri keçirilib

XƏBƏRLƏR
  • Bu gün Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə kömək” İctimai Birliyi və Türk Dünyası “TURAN” Düşüncə Mərkəzinin birgə təşkilatçılığı ilə AYB-də tədbir keçirilib.

Tədbir “Yaşat” Fondunun, "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə bu il 30 Avqust – Türkiyədə Zəfər Bayramı ilə bağlı şəhid ailə üzvlərinin Ankaraya səfərinə həsr edilmişdi. Məlum olduğu kimi həmin səfər çərçivəsində azərbaycanlı şəhid anaları ilə Türkiyədə bir çox görüşlər keçirilmişdi. Tədbirin sonunda isə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı şəhid ailə üzvləri ilə görüşmüşdü.

“Vətən səsi” xəbər verir ki, tədbirdə bir sıra dövlət qurumları, o cümlədən Müdafiə Nazirliyi, Səfərbərlik İdarəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi, Elmlər Akademiyası və digər təşkilat nümayəndələri, Vətən müharibəsi qaziləri və b. iştirak etdilər.

Tədbirin aparıcısı “Beynəlxalq Əlillər Cəmiyyəti” İB və “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-in sədri Tahir Xudiyev iştirakçıları salamladıqdan sonra, onları qarşıdan gələn Azərbaycanın Müstəqillik günü münasibətilə təbrik etdi. Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva çıxış edərək bildirdi ki, şəhid anaları üçün Türkiyə səfəri, xüsusilə də, Prezident R.T.Ərdoğanla görüş unudulmaz xatirə olaraq onların yaddaşına yazıldı...

AYB-nin katibi, Xalq yazıçısı, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin sədr mavini Çingiz Abdullayev,  İdarə Heyəti sədri Hüseyn Büyükfırat, Beynəlxalq Əlillər Cəmiyyəti”nin İdarə Heyəti üzvü, BDU-nun professoru Allahverdi Məmmədli, YAP Mərkəzi Aparatın məsul əməkdaşı Məhəmməd Məhərrəmov, Gömrük Akademiyasının nümayəndəsi Cəmilə Namazova və başqaları çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan-Türkiyə qardaşlığı və dostluğunun əbədi və sarsılmaz olduğuna bir daha şahidlik etdiklərini bildirdilər. Natiqlər qeyd etdilər ki, Türkiyə həmişə Azəbaycanın yanındadır və onlar şəhid analarımızı öz doğma anaları sanırlar.

Mina RƏŞİD

Oxşar xəbərlər