21.11.2025, 15:08
AZ EN
21.11.2025, 13:30 202

Əhməd İsmayılov: Azərbaycanda yaradılacaq Media Mükəmməlliyi Mərkəzinin əsas məqsədi dezinformasiya ilə mübarizədir

XƏBƏRLƏR
  • Media Mükəmməlliyi Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi və təşəbbüsü ilə yaradılır və məqsəd D-8 ölkələrində dezinformasiya və saxta xəbərlərlə mübarizə aparmaq, media sahəsində ixtisas artırmaq, kadr hazırlığı prosesini təşkil etmək və bu sahədə layihələr həyata keçirməkdir.

Bunu bu gün Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Bakıda keçirilən D-8 Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Forumun keçirilməsində məqsəd D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin media subyektlərinin beynəlxalq və regional əməkdaşlığını inkişaf etdirmək, dezinformasiya və rəqəmsal mühitdə əməkdaşlığı təkmilləşdirmək və qarşılıqlı əməkdaşlıq platforması yaratmaqdır.

“Forumda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Media Mükəmməlliyi Mərkəzinin yaradılması istiqamətində strateji plan müzakirə olunur. Hazırda Mərkəzin strateji planı Forum iştirakçılarına təqdim edilib. Günün sonuna qədər media ekspertlərimiz və D-8 ölkələrindən olan dövlət rəsmilərinin tövsiyələri həmin Media Mükəmməlliyi Mərkəzinin gələcək strateji planına daxil ediləcək”, – deyə o əlavə edib. (Trend)

Oxşar xəbərlər