19.11.2025, 17:01
AZ EN
06.11.2025, 08:00 215

Doğma Dərələyəz sevdası ilə yaşayan alim-şair

XƏBƏRLƏR
  • Ümummilli Liderimiz Heydər Əliyevin də, Azərbaycan Respblikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin də hər zaman diqqət mərkəzində saxladığı Qərbi Azərbaycan mövzusu günümüzün aktual mövzularındandır. 44 günlük Vətən müharibəsinə əldə etdiyimiz Zəfərimizdən sonra Qərbi Azərbaycana qayıdacağımıza olan imamımızı daha da möhkəmlənib.

Dövlətimizin siyasi xətti hər zaman ziyalılarımızın, alimlərimizin fəaliyyətində öncəlikdə olmuşdur.

Belə ziyalılarımızdan biri də elm, mədəniyyət və ictimai fəaliyyət sahəsində çoxşaxəli iş görən professor, dilçi alim, şair Mahirə Nağı qızı Hüseynovadır. O, Naxçıvanda doğulub böyüsə də, hələ uşaqlıq illərindən Azərbaycanın əzəli və əbədi torpağı olan Qərbi Azərbaycanı – Dərələyəz mahalını unutmamış, o yurda, torpağa bağlılığını hər an elmi və ədəbi yaradıcılığılnda hiss etdirmişdir.

Əslən Qərbi Azərbaycanın Dərələyəz mahalından olan Mahirə Hağıqızı yalnız dilçi alim kimi deyil, həm də milli-mənəvi dəyərlərin daşıyıcısı və qoruyucusu kimi tanınır. Mahirə xanımın elmi, ədəbi və publisistik fəaliyyətində Dərələyəz mahalı xüsusi yer tutur, çünki bu mahal onun ata-baba yurdu, Ulu Azərbaycan torpağıdır. Bu səbəbdən də Dərələyəz şairlərinin yaradıcılığı, yer adları, şivə xüsusiyyətləri və Vətən həsrəti onun əsərlərində həm tədqiqat obyekti, həm də ilham qaynağıdır. Yəni o, bu mövzuya təkcə elmi maraqla deyil, şəxsi mənəvi bağ və kimlik duyğusu ilə yanaşır.

Eyni zamanda Mahirə Nağıqızı şair kimi də Qərbi Azərbaycana həsr olunmuş duyğusal, vərənpərvər ruhlu şeirlərin müəllifidir. Onun poetik misralarında xaraba qalmış kəndlərin səsi, məcburi köç salnaməsi və o yerlərə qayıdış həsrəti duyulur. Bu şeirlər təkcə ədəbiyyat deyil, həm də milli yaddaş və kimlik məsələsinə poetik yanaşmadır.

Ümumilikdə Mahirə Nağıqızı Hüseynovanın yaradıcılığı Qərbi Azərbaycanın dil, tarix, ədəbiyyat və mənəvi irsinin qorunması istiqamətində mühüm bir xidmət sayılır. Onun əsərləri elmi faktlarla yanaşı, xalq yaddaşını da yaşadır, milli köklərə bağlılığı gücləndirir. İllərdir həsrətində olduğu dogma Dərələyəz mahalına qovuşağağı gün Mahirə Hağıqızı Hüseynovanı həyata bağlayan böyük arzusudur və səbirsizliklə gözlədiyi günün gələcəyinə inanır. Doğma Dərələyəzə qovuşduğu an ömrünün unudulmayan anı olacaq…

Bu günlərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tanınmış dilçi alim, şair, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın (Nağıqızı) 65 illik yubileyinə həsr olunmuş “Mən bu ömrü elə belə yaşadım” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə millət vəkilləri, dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri, elm adamları, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

ADPU-nun rektoru professor Cəfər Cəfərov açılış nitqində qeyd edib ki, Mahirə Hüseynova həyatını bütövlükdə Azərbaycan Dövlət Pedaqoji Universitetinə həsr etmiş ziyalılardandır. O, təhsil aldığı bu ali məktəbdə müəllim kimi fəaliyyətə başlamış, kafedra müdiri, dekan və beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışaraq universitetin elmi və idarəçilik sisteminin inkişafına böyük töhfələr vermişdir. Rektor vurğulayıb ki, professor Mahirə Hüseynova Azərbaycan dilçiliyinin görkəmli tədqiqatçılarındandır. Onun Azərbaycan dilinin fonetik, morfoloji və leksik səviyyələrinin elmi-nəzəri aspektdən araşdırılması, aşıq və el şairlərinin yaradıcılığına dilçilik baxımından yanaşması dilimizin poetik qatlarının elmi müstəvidə öyrənilməsinə mühüm töhfə olmuşdur. Professorun monoqrafiyaları, dərslik və metodik vəsaitləri bu gün də ali məktəblərdə mühüm elmi-metodik mənbə kimi istifadə olunur. Eyni zamanda, Mahirə xanımın ədəbi yaradıcılığı və ictimai fəaliyyəti də onun çoxşaxəli şəxsiyyətini tamamlayır. “Mahirə Nağıqızı” imzası ilə nəşr olunan poetik və publisistik əsərləri onun dərin düşüncəsini, milli-mənəvi dəyərlərə bağlılığını və humanist baxışlarını əks etdirir. Bu, onun həm alim, həm ziyalı, həm də mənəvi dəyərləri qoruyan bir şəxs kimi cəmiyyətimizdə qazandığı hörməti daha da möhkəmləndirmişdir.

      Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov və digər çıxışçılar professor Mahirə Hüseynovanın elmi-pedaqoji və ictimai fəaliyyətini yüksək dəyərləndirib, onun həm alim, həm pedaqoq, həm də ictimai xadim kimi Azərbaycan elm və təhsilində çoxşaxəli fəaliyyətindən bəhs etmişlər.

Tədbirin bədii hissəsində, əvvəlcə, “Azərbaycan Televiziyası”nın Mahirə Nağıqızı yaradıcılığına həsr olunan sənədli filmi nümayiş olunub, “Ana”, “Sənsiz”, “Qərbi Azərbaycan” kimi musiqi və ədəbi nümunələr tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Respublikaının tanınmış incəsənət nümayəndələri Nurəddin Mehdixanlı, Leyla Rəhimova, Tural Əhməd, Gülzar Fərəcova, Elnur Zeynalov, Güllü Muradova, Leyla Quliyeva, Samir Cəfərov, Gülnaz Məmmədova, Aşıq Samirə və digərlərinin ifasında Mahirə Nağıqızının müəllifi olduğu şeirlər və musiqi nömrələri səsləndirilib.

Sonda yubilyar səhnəyə dəvət olunaraq tədbirin təşkilatçılarına, həmkarlarına və qonaqlara minnətdarlığını bildirib.O, Pedaqoji Universitet ailəsinin bir parçası olmaqdan qürur duyduğunu və bu dəyərin onun həyatında xüsusi yer tutduğunu vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər